Tramp Rusiyaya qarşı yeni sanksiyaların olacağını istisna etməyib


ABŞ prezidenti Donald Tramp Amerika administrasiyasının Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edə biləcəyini inkar etməyib.

AFN.az xəbər verir ki, o bu barədə Yaponiyaya səfəri zamanı jurnalistlərə açıqlamasında danışıb. Trampa Rusiyaya qarşı əlavə məhdudiyyətlərin nəzərdən keçirilib-keçirilmədiyi ilə bağlı sual verilib. O, “Bunu öyrənəcəksiniz” - deyə cavab verib.

Xatırladaq ki, oktyabrın 22-də ABŞ Maliyyə Nazirliyi “Rosneft”, “Lukoil” və bu şirkətlərin 34 törəmə şirkətini yeni anti-Rusiya sanksiyaları paketinə daxil edib. Vaşinqton bu məhdudiyyətlərin Ukraynadakı münaqişə ilə əlaqədar Moskvaya əhəmiyyətli təzyiq göstərəcəyini gözləyir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu