Əraqçi: Azərbaycanla sərhədin açılması Tehranın əsas prioritetlərindəndir


Son bir il ərzində istər İranAzərbaycan prezidentlərinin görüşlərində, istərsə də iki ölkənin xarici işlər nazirləri və digər rəsmi nümayəndələri arasında keçirilən danışıqlarda Azərbaycanla sərhədin bağlı qalması məsələsi mütəmadi olaraq gündəmə gətirilib.

AFN.az IRNA agentliyinə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib. İran XİN rəhbəri qeyd edib ki, Bakının mövqeyinə əsasən, hazırda yalnız İranla deyil, bütün qonşu ölkələrlə sərhədlər bağlıdır.

Nazir əlavə edib ki, Azərbaycan hökuməti bu qərarı yenidən nəzərdən keçirəcəyinə söz verib. “Sərhədin açılması məsələsi İranla Azərbaycan arasındakı münasibətlərdə əsas prioritetlərdən biridir,” – deyə Əraqçi vurğulayıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu