Zelenskiyə ABŞ-a getməməyi tövsiyə etdilər


Vladimir Zelenskiyə yaxın bəzi şəxslər onun ABŞ-a səfər edib prezident Donald Tramp ilə Ukrayna üzrə sülh təkliflərinin yekun versiyasını müzakirə etməsinə qarşı çıxırlar.

AFN.az xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.

Məqalədə qeyd olunur ki, müzakirələr Trampın Zelenskini qəbul edə biləcəyi və razılaşmaları möhkəmləndirə biləcəyi ehtimalı ətrafında aparılıb. Tramp əvvəllər 27 noyabrı Kiyevin sülh planı üzrə şərtləri razılaşdırması üçün son tarix kimi göstərmişdi.

Lakin FT yazır ki, Zelenskiyə yaxın bəzi şəxslər ona Kiyevdə qalmağı və Trampla münasibətlərin gərginləşməsinə risk etməməyi tövsiyə ediblər, çünki bu, həftə sonu əldə olunan irəliləyişi poza bilər. Hazırda aydın deyil ki, ABŞ prezidenti Zelenskinin razılaşmanı imzalamasını istəyirmi.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu