ABŞ Hökumət Səmərəliliyi Departamenti ləğvi barədə iddiaları təkzib etdi


ABŞ Hökumət Səmərəliliyi Departamenti (DOGE) ləğv edildiyi barədə mətbuatda yayılan iddiaları təkzib edib.

Bu barədə məlumatı DOGE X-də paylaşıb.

Açıqlamada bu iddiaların İngilis xəbər agentliyi Reuters tərəfindən yayılan yalan xəbər olduğu bildirilərək, “keçən həftə DOGE 78 müqaviləni ləğv etdi və bununla 335 milyon dollar qənaət edildi” ifadəsi yer alıb.

Reuters ilə danışan ABŞ Kadr İdarəsi (OPM) rəsmisi Skot Kupor isə DOGE-nin statusu ilə bağlı “Belə bir qurum yoxdur” deyə bildirib.

Hökumət Səmərəliliyi Departamentinin artıq mərkəzi bir qurum olmadığını iddia edən Kupor, OPM-nin DOGE-nin bir çox funksiyasını öz üzərinə götürdüyünü qeyd edib.

Qeyd edək ki, DOGE-nin vəzifə müddətinin 2026-cı ilin iyulunda başa çatacağı gözlənilir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu