Sudandakı münaqişə tərəfləri ABŞ-ın təklif etdiyi sülh planına razılıq verməyib


ABŞ Sudandakı qarşıdurmanın tərəflərinə sülh sazişi layihəsini təqdim etsə də, nə Sudan ordusu, nə də “Sürətli Reaksiya Qüvvələri” (SRQ) onun qəbuluna razılıq verib.

AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ prezidentinin Afrika üzrə müşaviri Massad Bulos Əbu-Dabidə keçirdiyi mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, tərəflər sənədi ümumilikdə müsbət qarşılayıb, lakin mətndə tam razılaşma əldə olunmayıb. Bulos bildirib ki, Vaşinqton layihənin ilkin variantını qorumaqda israrlıdır, halbuki Sudan ordusu bir sıra ilkin şərtlər irəli sürüb.

O vurğulayıb ki, Sudandakı böhranın həlli ABŞ prezidenti Donald Tramp üçün prioritet məsələlərdən biridir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu