BMT: Sudanda qarşıdurmalar 21,2 milyon insanı aclıqda qoyub
Birləşmiş Millətlər Təşkilatı (BMT) bildirib ki, Sudanda ordu ilə Sürətli Dəstək Qüvvələri (SDQ) arasında 3 ilə yaxın davam edən qarşıdurmalar 21,2 milyon insanı kəskin aclıq təhlükəsi ilə üzləşdirib.
BMT mövzu ilə bağlı X-də paylaşım edib.
Paylaşımda qeyd olunub ki, 3 ilə yaxın davam edən qarşıdurmalar 21,2 milyon insanı kəskin aclıqla üzləşdirib: “İki bölgədə aclığın olduğu təsdiqləndi. Lakin qarşıdurmaların azaldığı bölgələrdə BMT-nin Dünya Qida Proqramının (WFP) fəaliyyət imkanları genişlənib və aclıq səviyyəsi azalıb”.

