Ginnesin Dünya Rekordları İsraili boykot etmək qərarına gəlib


Ginnesin Dünya Rekordları (GWR) İsraili boykot etmək və ölkədən rekord üçün müraciətləri qəbul etməmək qərarına gəldiyi bildirilir. İsraildə yayımlanan Kanal 12 televiziyasının xəbərinə görə, ölkədə böyrək donorluğunu təşviq edən "Həyat Hədiyyəsi" (Matnat Chaim) təşkilatının Ginnesin Rekordları ofisinə rekord üçün etdiyi müraciət siyasi səbəblərə görə ləğv edilib.

Qüdsdə 2 min könüllü donorun iştirak edəcəyi tədbirin Dünya Rekordları Kitabına daxil edilməsi üçün edilən müraciət rədd olunub.

Bir neçə il əvvəl başlayan müraciət prosesi çərçivəsində "Həyat Hədiyyəsi" təşkilatının Ginnesin Dünya Rekordları ofisinə yüzlərlə dollar ödədiyi də bildirilir.

Böyük Britaniyada yerləşən Ginnesin Dünya Rekordları ofisindən "hazırda İsraildən gələn rekord ərizələrini qəbul etmədikləri" barədə bir e-poçt aldığı bildirilən İsrail təşkilatının qərarın səbəbini öyrənməyə çalışdığı bildirilir.

"Həyat Hədiyyəsi" təşkilatının prezidenti Reyçel Heber qərara reaksiya verərək bildirib ki, Ginnesin tibb dünyasını heyrətləndirən İsrailin bu uğurunu qeydə almaqdan imtina etməsi qəbuledilməzdir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu