Fransada Qoretti fırtınası 320 min evi işıqsız qoyub
Fransada Qoretti fırtınası səbəbindən 320 min evdə elektrik enerjisinin verilişində fasilə hələ də aradan qaldırılmayıb.
Ölkə üzrə dünən axşam saatlarından etibarən davam edən Qoretti fırtınası nəticəsində yaranan elektrik problemi tam şəkildə həll olunmayıb.
Fransanın elektrik infrastrukturuna və texniki xidmətinə cavabdeh olan Enedis qurumunun yerli vaxtla saat 12:00-a olan məlumatına görə, elektrik kəsintisi yaşayan evlərin sayı 320 mindir.
Eure prefekturasının X-də yaydığı açıqlamaya əsasən, Eure vilayəti üzrə 14 min abonentin telefon xətti kəsilib.
Gecə saatlarında küləyin sürəti təxminən 200 kilometrə çatsa da, ölkənin şimalında, Normandiya bölgəsində yerləşən Qattevil kəndində küləyin sürəti 213 kilometr olaraq qeydə alınıb.
Daxili İşlər Nazirliyi Qoretti fırtınası nəticəsində 6 nəfərin yüngül xəsarət aldığını açıqlayıb.




