İrandan iki günə 1,5 milyard dollar çıxardılar - Xameneinin oğlunun adı hallanır


Son iki gündə İrandan Dubaya təxminən 1,5 milyard ABŞ dolları köçürülüb. AFN.az xəbər verir ki, məlumatı İsrailin “14-cü kanal”ı İslam İnqilabı Keşikçilər Korpusu ilə əlaqəli mənbəyə istinadən yayıb.

Bildirilir ki, bu köçürmələr ənənəvi bank sistemi vasitəsilə deyil, kriptovalyutalar vasitəsilə həyata keçirilib.

Məlumata görə, köçürmələrdə İranın ali lideri Əli Xameneinin oğlu Müctəba Xamenei də iştirak edib. Onun təxminən 328 milyon ABŞ dolları məbləğində vəsaiti Dubayda eyni ünvana göndərdiyi iddia olunur.

Köçürmələrin mexanizmi belə işləyir: İranın neft satışından əldə olunan gəlir yerli banklarda saxlanılmır, əksinə birbaşa rəqəmsal valyutaya çevrilir. Daha sonra kriptovalyuta Dubaydakı mübadilə nöqtələrinə ötürülür, burada qısa müddətdə nağd pula çevrilir, xarici hesablara köçürülür və ya saxta şirkətlər vasitəsilə böyük məbləğdə ödənişlər həyata keçirilir.

Qeyd edək ki, İranın yerli valyutasının xarici valyutalara qarşı kəskin dəyər itirməsi və dərin iqtisadi böhran 28 dekabr 2025-ci ildə Tehranın Böyük Bazarında etirazların başlamasına səbəb olub və qısa zamanda ölkənin digər şəhərlərinə yayıldı.

İran İnsan Hüquqları Fəalları Xəbər Agentliyinin (HRANA) son məlumatına görə, etirazlar zamanı təhlükəsizlik əməkdaşları da daxil olmaqla ümumilikdə 2 550 nəfər həyatını itirib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu