Tramp Epşteyn işində Klintona qarşı aparılan təhqiqatdan narahatdır


ABŞ Prezidenti Donald Tramp Ceffri Epşteynlə bağlı sənədlər çərçivəsində keçmiş prezident Bill Klintona qarşı yürüdülən təhqiqatdan narahatlıq duyduğunu ifadə edib.

Yetkinlik yaşına çatmayan qızlara qarşı cinsi istismar və fahişəlik şəbəkəsi qurmaqda ittiham olunarkən həbsxanada ölü tapılan milyarder Epşteynlə bağlı təhqiqat sənədlərinin bir hissəsinin ictimaiyyətə açıqlanmasından sonra ABŞ-da yenidən müzakirələrin mərkəzinə çevrilib.

Tramp "NBC Nightly News" proqramına verdiyi müsahibədə Epşteyn işi çərçivəsində keçmiş ABŞ Prezidenti Klinton haqqında aparılan araşdırmaya toxunub. Təhqiqatdan narahatlığını dilə gətirən Tramp "Bill Klintona qarşı kimlərinsə hərəkətə keçməsi məni narahat edir. Onu sevirəm, hələ də sevirəm", — deyə bildirib.

Tramp Klintonun ona qarşı yanaşmasını müsbət qiymətləndirdiyini qeyd edib və keçmişdə özünə qarşı aparılan təhqiqatları xatırladaraq, bu növ proseslərin insanlara zərər verdiyini vurğulayıb.

Xatırladaq ki, keçmiş ABŞ Prezidenti Bill Klinton və həyat yoldaşı Hillari Klinton ABŞ Nümayəndələr Palatasının Nəzarət Komitəsinin Epşteyn sənədləri ilə bağlı apardığı təhqiqat çərçivəsində ifadə verməyə razılıq veriblər.

Komitə sədri Ceyms Komer Bill Klintonun 27 fevralda, Hillari Klintonun isə 26 fevralda qapalı iclasda videoçəkiliş və protokol qaydasında ifadə verəcəyini açıqlayıb.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu