Aİ-dən Sançesə "faşist" deyən İlon Maska reaksiya


Avropa İttifaqı (Aİ) Komissiyası amerikalı iş adamı, "X" və "SpaceX" şirkətlərinin sahibi İlon Maskın İspaniyanın Baş naziri Pedro Sançeslə bağlı açıqlamalarını pisləyib və Sançeslə tam həmrəy olduğunu bəyan edib.

Aİ Komissiyasının sözçülərindən biri Tomas Renye gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Sançesin 16 yaşdan kiçik şəxslərin sosial şəbəkələrə girişinin qadağan edilməsi və bu şəbəkələrin rəhbərləri üzərində hüquqi nəzarətin artırılması ilə bağlı açıqlamalarından sonra Maskın işlətdiyi ifadələr xatırladılıb.

Mask "Sançes əsl faşist totalitardır. Kirli Sançes, İspaniya xalqına xəyanət edən bir zalım və xaindir", – deyə bildirmişdi. Bunun müqabilində Renye "Üzv ölkələrimizin yanındayıq, tam həmrəylik içindəyik", – açıqlamasını verib.

Renye Baş nazir Sançesə və bütün Aİ üzvü olan ölkələrin liderlərinə qarşı hücumları pislədiklərini bildirərək, rəqəmsal platformaları məsuliyyətə cəlb etməyə yönəlmiş milli addımları da dəstəklədiklərini vurğulayıb. Aİ-nin hörmət çərçivəsində bəyanatlar verməyə davam edəcəyinə işarə edən Renye, Rəqəmsal Xidmətlər Aktı (DSA) çərçivəsində rəqəmsal platformaların məsuliyyət daşımasının vacibliyinə diqqət çəkib.

Tərəflər arasında gərginlik necə başlayıb?

Sançesin 3 fevralda Dubayda keçirilən Dünya Hökumətlər Sammitindəki çıxışında sosial şəbəkələrə qarşı məhdudiyyət və nəzarət mexanizmləri tətbiq edəcəklərini açıqlamasından sonra Mask onu kəskin tənqid etmişdi.

Maskın ağır ittihamlarına cavab olaraq Sançes isə "Qoy tekno-oliqarxlar hürsünlər. Bu, bizim öz yolumuzla davam etdiyimizin bir göstəricisidir" deyib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu