Epşteynin enerji şəbəkəsi: Qaz yataqları, günəş enerjili dronlar və siyasi əlaqələr



ABŞ-da azyaşlı qızlara qarşı fahişəlik şəbəkəsi qurmaq ittihamı ilə həbsdə olarkən intihar edən milyarder Ceffri Epşteynin şəxsi yazışmaları, onun qlobal enerji siyasətində kilit rol oynadığını ortaya qoyur. Yanvarın 30-da açıqlanan yeni sənədlər Epşteynin İsrail qazından BP və Glencore kimi nəhənglərə qədər uzanan nüfuz şəbəkəsini deşifrə edir.

Qolan təpələri və "Kölgə Kabinet"

Epşteynin maliyyə şəbəkəsindəki şəxslərin yolu "Genie Energy" şirkəti ilə kəsişir. Bu şirkətin məsləhət şurası adəta bir "kölgə kabineti"ni xatırladır. Şurada yer alan bəzi tanınmış simalar bunlardır:

  • Dik Çeni – ABŞ-ın keçmiş vitse-prezidenti;
  • Rupert Mardok – Media maqnatı;
  • Ceyms Vulsi – MKİ-nin (CIA) keçmiş direktoru;
  • Lari Sammes – ABŞ-ın keçmiş maliyyə naziri.

Şirkətin Qolan təpələrində neft axtarışı lisenziyasına sahib tək qurum olması və ABŞ-ın 2019-cu ildə İsrailin bu ərazi üzərində suverenliyini tanıması diqqət çəkən məqamlardandır.

Netanyahu və Ehud Barak ilə əlaqələr

Sənədlərə görə, 2011-ci ildə İsraildə qaz vergisi ilə bağlı "Şeşinski qanunu" müzakirə edilərkən Epşteynin Baş nazir Binyamin Netanyahu ilə görüşü koordinasiya edilib. Həmçinin, İsrailin keçmiş Baş naziri Ehud Barak qaz bazarı və strateji investisiyalarla bağlı Epşteyndən mütəmadi olaraq məsləhətlər alıb.

Strateji texnologiyalar və yaşıl enerji

Epşteynin maraq dairəsi yalnız qazıntılı yanacaqlarla məhdudlaşmayıb:

  • Günəş enerjili dronlar: "Light & Strong" şirkətinə investisiya planları;
  • Çili layihəsi: 1000 meqavatlıq günəş enerjisi üçün "çox məxfi" təqdimat;
  • Mini LNG: Norveç və Qazaxıstanda kiçikmiqyaslı mayeləşdirilmiş təbii qaz terminalları.

Britaniyalı diplomatların Epşteyn müraciətləri

İngiltərənin keçmiş Vaşinqton səfiri Peter Mandelsonun da Epşteyndən karyera tövsiyəsi aldığı məlum olub. Sənədlər göstərir ki, Mandelson BP-də məsləhətçi olmaq və ya "Glencore" şirkətinin idarə heyətinə girmək üçün Epşteyndən vasitəçilik xahiş edib.

Bu sənədlər sübut edir ki, Epşteyn işi yalnız fərdi cinayətlərdən ibarət deyil; bu, qlobal enerji siyasətinə və strateji texnologiyalara nüfuz edən kəşfiyyat yönümlü bir əməliyyat şəbəkəsidir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu