Fransada prokurorluq Epşteyn sənədlərini araşdırmaq üçün xüsusi qrup yaratdı
Fransada prokurorluq ABŞ-da yetkinlik yaşına çatmayan qızlara qarşı fahişəlik şəbəkəsi qurduğu iddiası ilə mühakimə olunduğu müddətdə həbsxanada ölü tapılan milyarder Ceffri Epşteyn ilə bağlı sənədlərdə Fransa vətəndaşlarının törətdiyi ehtimal olunan cinayətləri araşdırmaq məqsədilə xüsusi qrup formalaşdırıb.
Fransanın RFI radiosunun verdiyi məlumata görə, Paris Prokurorluğu ABŞ-da ictimaiyyətə açıqlanan 3 milyondan çox Epşteyn sənədi ilə bağlı yeni qərar qəbul edib. Paris Prokurorluğu sözügedən sənədlərdə adı keçən Fransa vətəndaşlarının törətdiyi mümkün cinayətləri araşdırmaq üçün xüsusi komandanın fəaliyyətə başladığını elan edib.
Prokurorluq həmçinin 2022-ci ildə həbsxanada vəfat edən və adı Epşteyn sənədlərində hallanan keçmiş model agentliyinin rəhbəri Jan-Lük Brunel haqqındakı istintaq işini yenidən araşdıracaq. Yeni istintaqların açılması məqsədilə sənədlər Milli Maliyyə Prokurorluğu və Milli Məhkəmə Polisi İdarəsi ilə koordinasiyalı şəkildə təhlil edilir.
Qeyd edək ki, Brunel uşaqlara və modellərə qarşı cinsi təcavüzdə ittiham olunmuş, 2022-ci ildə Fransada saxlanıldığı həbsxanada ölü tapılmışdı.
