ABŞ-ın sabiq maliyyə naziri Epşteynlə əlaqələrinə görə Harvardı tərk edir


ABŞ-ın sabiq maliyyə naziri və Harvard Universitetinin keçmiş prezidenti Lourens Sammers pedofiliyada ittiham olunan maliyyəçi Ceffri Epşteynlə əlaqələri ətrafında yaranan qalmaqal fonunda müəllimlik fəaliyyətinə son qoyduğunu elan edib.

AFN.az CNN-ə istinadən xəbər verir ki, bu qərar universitetin Sammersin qalmaqallı maliyyəçi ilə təmaslarına dair apardığı daxili araşdırma fonunda qəbul edilib. Sammers öz müraciətində bu addımı "çətin qərar" adlandıraraq, illər ərzində birgə çalışdığı tələbə və həmkarlarına minnətdarlığını bildirib. O qeyd edib ki, fəxri prezident və istefada olan professor kimi rəsmi vəzifələrdən azad olduqdan sonra diqqətini qlobal iqtisadi məsələlərin tədqiqinə və təhlilinə yönəltmək niyyətindədir.

Harvard Universitetinin rəsmi nümayəndəsi Ceyson Nyuton təsdiqləyib ki, Sammers eyni zamanda Mossavar-Rahmani Biznes və Hökumət Mərkəzinin həmsədri vəzifəsindən də istefa verib. Bu istefa hökumətin iqtisadçı ilə Epşteyn arasında çoxillik yazışmaları ifşa edən sənədləri dərc etməsindən sonra baş verib. Həmin sənədlərdən aydın olur ki, Sammers şəxsi məsələlərində Epşteyndən məsləhətlər alıb və ondan müxtəlif mövzularda "bələdçilik" etməsini xahiş edib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu