ABŞ-da miqrantların üçüncü ölkələrə deportasiyası qanunsuz sayıldı



ABŞ-ın Massaçusets dairə hakimi Brayan Mörfi Prezident Donald Tramp administrasiyasının qeyri-qanuni miqrantları vətəndaşı olmadıqları üçüncü ölkələrə deportasiya etmək siyasətinin hüquqa zidd olduğuna dair qərar çıxarıb.

AFN.az xəbər verir ki, "The Washington Post"un yaydığı məlumata görə, hakim Mörfi sözügedən deportasiya qərarını qanunsuz hesab edib.

Hakim bildirib ki, bu şəxslərin çıxarılan qərarlara hüquqi müstəvidə etiraz etmələri üçün onlara daha çox vaxt tanınmalıdır. O, həmçinin hökumətə bu qərardan apellyasiya şikayəti vermək üçün 15 gün vaxt ayırıb. Digər tərəfdən, ABŞ Daxili Təhlükəsizlik Nazirliyindən (DHS) verilən açıqlamada nazirliyin öz qanuni səlahiyyətlərindən istifadə etməsinə şərait yaradılmasının vacibliyi vurğulanıb.

Nazirlik qeyd edib ki, qeyri-qanuni miqrantları onları qəbul etməyə hazır olan istənilən ölkəyə deportasiya etmək səlahiyyətinə malik olmalıdır. ABŞ Senatının Xarici Əlaqələr Komitəsi tərəfindən fevralın 13-də dərc olunan hesabatda isə diqqətçəkən bir fakt yer alıb.

Hesabata görə, Tramp administrasiyası 2025-ci ildə yüzlərlə miqrantı vətəndaşı olmadıqları ölkələrə göndərmək üçün 40 milyon dollardan çox vəsait xərcləyib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu