"Əl-Cəzirə": ABŞ İsrailin İrana hücumunda iştirak edir
ABŞ Hərbi Hava Qüvvələri İran ərazisinə zərbələr endirilməsində birbaşa iştirak edir.
AFN.az xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalına amerikalı rəsmi məlumat verib. "ABŞ HHQ İrana qarşı zərbələrdə iştirak edir", - deyə telekanalın həmsöhbəti bildirib.
Onun sözlərinə görə, əməliyyatın məqsədi İranın təhlükəsizlik aparatını sıradan çıxarmaqdır. Telekanalın həmsöhbəti həmçinin əlavə edib ki, Vaşinqton hava zərbələrinin genişmiqyaslı olacağını gözləyir.
Portalın məlumatına görə, ABŞ və İsrailin İrana zərbələri respublikanın təhlükəsizlik sistemini sarsıtmağa yönəlib.

