Yunanıstan öz gəmilərinə xəbərdarlıq etdi: Bu zonalardan uzaq durun


ABŞ və İsrailin İrana endirdiyi zərbələrdən sonra Yunanıstanın Dənizçilik Nazirliyi ölkə bayrağı altında üzən gəmilərə təcili xəbərdarlıq ünvanlayıb.

AFN.az "Reuters"ə istinadən xəbər verir ki, rəsmi Afina gəmiçilik şirkətlərinə maksimum dərəcədə ehtiyatlı olmağı, Fars körfəzi, Hörmüz boğazı və Oman körfəzindən keçən marşrutlardan qaçmağı tövsiyə edib. Sənəddə qeyd olunur ki, mövcud vəziyyət geniş bir zonada, o cümlədən Ərəbistan dənizinin şimalında naviqasiya təhlükəsizliyinə birbaşa təhdid yaradır.

Nazirlik gəmilərə və liman idarəçilərinə İsrail limanları daxil olmaqla, riskli bölgələrdə ən yüksək səviyyəli təhlükəsizlik tədbirlərini tətbiq etməyi tapşırıb.

İranın regiondakı müttəfiqləri olan husilərlə əlaqəsi səbəbindən böhranın Qırmızı dəniz və Ədən körfəzinə də yayılması istisna edilmir. Gəmi heyətlərinə raket və dron hücumları, limanlara endirilən zərbələr, habelə elektron naviqasiya sistemlərinə müdaxilə hallarına qarşı ayıq-sayıq olmaq tapşırılıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu