İranda hücumlarda ölənlərin sayı 787-yə yüksəldi
ABŞ və İsrail tərəfindən həyata keçirilən hava hücumlarında həyatını itirənlərin sayı 787 nəfərə çatıb.
AFN.az xəbər verir ki, "Təsnim" xəbər agentliyi İran Qızıl Aypara Cəmiyyətinin bu barədə yaydığı rəsmi bəyanatını dərc edib. Məlumatda bildirilir ki, 153 yaşayış məntəqəsində 504 nöqtənin hədəf alındığı hücumlar nəticəsində 787 nəfər dünyasını dəyişib.
Vurulan binaların dağıntıları altında axtarış-xilasetmə tədbirlərinin davam etdiyi qeyd olunsa da, xəsarət alanların sayı ilə bağlı hələlik dəqiq məlumat verilmir.
Xatırladaq ki, İran Qızıl Aypara Cəmiyyəti martın 2-də verdiyi açıqlamada ABŞ-İsrail hücumları nəticəsində 555 nəfərin öldüyünü bildirmişdi.

