"Reuters": Dubay və Əbu-Dabidə güclü partlayış səsləri eşidilib


Birləşmiş Ərəb Əmirliklərinin Dubay və Əbu-Dabi şəhərlərində güclü partlayış səsləri qeydə alınıb.

AFN.az xəbər verir ki, "Reuters" agentliyi şahidlərin ifadələrinə istinadən Dubayda ucadan partlayış səsinin eşidildiyini, analoji vəziyyətin Əbu-Dabidə də yaşandığını bildirib. İlkin məlumatlara görə, bu səslər hava hücumundan müdafiə sistemlərinin İrandan atılan pilotsuz uçuş aparatlarını (PUA) və ya raketləri zərərsizləşdirməsi nəticəsində yaranıb.

Məlumata görə, Əbu-Dabidəki "Mussafah" yanacaq terminalında PUA hücumu nəticəsində yanğın baş verib, lakin rəsmilər vəziyyətin tezliklə nəzarətə alındığını və xəsarət alanın olmadığını bildiriblər. Hazırda bölgədə gərginlik pik həddədir, Dubay və Əbu-Dabi birjalarında ticarət dayandırılıb, hava məkanı isə müvəqqəti olaraq qismən bağlanıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu