Təl-Əviv başda olmaqla İsrailin bir çox bölgəsində həyəcan siqnalları çalındı



İranın təxminən 10 saatlıq fasilədən sonra həyata keçirdiyi raket hücumlarından sonra Təl-Əviv başda olmaqla İsrailin bir çox bölgəsində həyəcan siqnalları işə düşüb. AFN.az xəbər verir ki, İsrail ordusundan verilən açıqlamada raketlərin İrandan İsrailə doğru atıldığı bildirilib.

Hava hücumundan müdafiə sistemlərinin bu raketləri zərərsizləşdirməyə çalışdığı qeyd olunub. Təhlükə altında olan bölgələrdə mobil telefonlara xəbərdarlıq mesajları göndərilib və əhaliyə növbəti bildirişə qədər sığınacaqlarda qalmaq barədə tapşırıq verilib.

İsrailin təcili yardım xidməti olan "Qırmızı Davud Ulduzu" raket düşməsi ilə bağlı hələlik hər hansı bir məlumat almadıqlarını və birbaşa hədəfə dəyən zərbənin qeydə alınmadığını açıqlayıb.

İsrail mətbuatı isə İrandan göndərilən raketlərdən birinin hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğunu, digərinin isə Təl-Əvivi keçərək dənizə düşdüyünü iddia edib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu