Hizbullah İsrailin şimalındakı hərbi hava bazasını hədəf aldığını açıqlayıb


Hizbullah tərəfindən edilən müxtəlif yazılı açıqlamalarda Akka şəhəri yaxınlığında israillilərin yaşadığı bölgələrin "Fadi 1" raketləri ilə bombalandığı qeyd edilib.



İsrailin Hayfa şəhərinin cənub-şərqində yerləşən Ramat David hərbi hava bazasının "Fadi 3" raketləri ilə hədəfə alındığı, İsrailin şimalındakı Roş Pina, Saar və Kapri bölgələrinin hədəf alındığı bildirilib.

İsrail ordusundan verilən açıqlamada Livandan atılan yer-yer tipli raketin İsrailin şimalı üzərində İsrail hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğu qeyd edilib.

Qısa müddət sonra Safed bölgəsində 10 raketli hücumun edildiyinə diqqət çəkən açıqlamada, hava hücumundan müdafiə sistemlərinin raketlərin bir qisminin qarşısını aldığı vurğulanıb.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu