Aİ-də Macarıstanın Ukrayna krediti ilə bağlı mövqeyinə qarşı narazılıq pik həddədir


Avropa İttifaqı ölkələrinin liderləri arasında Macarıstanın Ukraynaya ayrılacaq 90 milyard avroluq krediti bloklamasına qarşı narazılıq kəskin şəkildə artıb.

AFN.az xəbər verir ki, bu barədə Avropanın nüfuzlu "Politico" nəşri diplomatik mənbələrə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, rəsmi Budapeştə ünvanlanan tənqidlər artıq "apogey nöqtəsinə" çatıb və ittifaq hökumətləri Macarıstana qarşı daha sərt mövqe nümayiş etdirməyə başlayıblar. Diplomatik dairələrdəki mənbələr bildirirlər ki, Baş nazir Viktor Orbanın Ukraynaya yardımı dəstəkləməkdən imtina etməsi digər ölkələrə onu Aİ daxilində səmimi əməkdaşlıq prinsipini pozduğuna görə Avropa Məhkəməsinə cəlb etmək imkanı verir.

Bununla belə, ekspertlər etiraf edirlər ki, istənilən məhkəmə çəkişməsi aylar, hətta illər çəkə bilər. Bu isə yaxın bir neçə ay ərzində təcili maliyyə dəstəyinə ehtiyacı olan Ukrayna üçün olduqca uzun müddətdir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu