Trampdan Venesuela üçün "51-ci ştat" paylaşımı



ABŞ Prezidenti Donald Tramp Venesuelanın ABŞ-ın 51-ci ştatı ola biləcəyinə işarə edən qalmaqallı paylaşım edib.

AFN.az xəbər verir ki, Tramp öz sosial media hesabında Venesuelanın beysbol üzrə dünya çempionatının (WBC) yarımfinalında İtaliyanı 4-2 hesabı ilə məğlub etməsinə diqqət çəkib.

"Venesuelada son vaxtlar yaxşı işlər baş verir. Bu sehrin nə ilə bağlı olduğunu maraq edirəm. 51-ci ştat olmaq istəyən var?" ifadələrini işlədən Tramp bu ölkənin ABŞ-ın tərkibinə daxil ola biləcəyini eyham vurub. Bu açıqlama beynəlxalq aləmdə geniş müzakirələrə səbəb olub.

Venesuelanın keçid dövrü prezidenti Delsi Rodriqes hələ 2025-ci ilin noyabrında ABŞ-ın ölkəsini "51-ci ştat" etmək məqsədi güddüyünü iddia etmişdi. Qeyd edək ki, Tramp bundan əvvəl Kanadanın da ABŞ-ın tərkib hissəsi olması barədə bənzər fikirlər səsləndirmişdi.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu