Trampdan Kanada ilə bağlı daha bir açıqlama


Kanada hər il ona 200 milyard dollar subsidiya verən ölkənin 51-ci ştatı olmalı idi.


AFN.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib. "Kanada 51-ci ştat olmalı idi, biz ona ildə 200 milyard dollar subsidiya veririk. Bizə onların avtomobilləri və ya taxta-şalbanları lazım deyil. Bizim öz resurslarımız kifayət qədərdir" - deyə Tramp vurğulayıb.

Eyni zamanda, o, Kanadanın indiyə qədər danışıqlar apardığı ən pis ölkə olduğunu bildirdi. Tramp həmçinin xatırladıb ki, Ottava NATO-ya ən kiçik töhfələr versə də, onu hələ də müdafiə etmək lazımdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu