İrana qarşı əməliyyat nə qədər lazımdırsa o qədər davam edəcək - Netanyahu


İsrailin İrana qarşı hərbi əməliyyatı nə qədər lazımdırsa o qədər davam edəcək.

AFN.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu keçirdiyi mətbuat konfransında bəyan edib. O, konkret müddət açıqlamayıb.

Çıxışı zamanı Netanyahu bu hərbi kampaniyanın üç konkret vəzifəsinin olduğunu deyib: İranın nüvə proqramının məhv edilməsi, onun raket potensialının tamamilə ləğvi və İran xalqının azadlığa qovuşması üçün şəraitin yaradılması. Bununla yanaşı, baş nazir bu müharibənin bir çoxlarının düşündüyündən daha tez bitəcəyi barədə fikrini ifadə edib.

Qeyd edək ki, İrana qarşı əməliyyatlar fevralın 28-dən başlayıb. Ölkənin iri şəhərləri, o cümlədən Tehran zərbələrə məruz qalıb. Hücum nəticəsində ali rəhbər Ayətullah Əli Xamneyi və ölkə rəhbərliyinin bəzi digər əsas fiqurları həlak olub.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu