ABŞ-dan Yaxın Şərqə 16 milyard dollarlıq silah satışı



ABŞ Dövlət Departamenti Pentaqonun İranla müharibə üçün 200 milyard dollarlıq əlavə büdcə tələb etməsindən sonra Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Küveyt və İordaniyaya 16 milyard dollarlıq silah satışına razılıq verib.

AFN.az xəbər verir ki, ABŞ Dövlət Departamentindən verilən ayrı-ayrı bəyanatlarda BƏƏ, Küveyt və İordaniyaya yeni silah satışlarının təsdiqləndiyi bildirilib.

Nazirlik BƏƏ-yə 8,4 milyard dollardan çox dəyəri olan F-16 sursatları və yeniləmələri, radar sistemləri, Təkmilləşdirilmiş Orta Mənzilli Hava-Hava Raketləri (AMRAAM) və əlaqəli avadanlıqların satışına icazə verildiyini qeyd edib. Küveytə təxminən 8 milyard dollar dəyərində Aşağı Səviyyəli Hava və Raketdən Müdafiə Sensor Radarlarının, İordaniyaya isə təxminən 70 milyon dollarlıq təyyarə və sursat dəstəyi ilə bağlı avadanlıqların satışına yaşıl işıq yandırılıb.

Sözügedən silah satışları ilə bağlı Konqresə lazımi bildirişin göndərildiyi diqqətə çatdırılıb. Ümumi dəyəri 16 milyard dolları keçən bu satışların Pentaqonun İranla davam edən müharibə üçün 200 milyard dollarlıq əlavə büdcə tələbindən dərhal sonraya təsadüf etməsi diqqət çəkir.

Digər tərəfdən, bu addım ABŞ-ın İrana qarşı hücumlarına başladığı 28 fevral tarixindən bəri Konqresə bildirilən ən böyük silah satışı kimi qeydə alınıb. Dövlət Departamentinin silah satışları bölməsində yer alan məlumata görə, ABŞ həmçinin 26 fevralda İordaniyaya 280 milyon dollarlıq çoxfunksiyalı radio tezlik sistemləri, 6 martda isə İsrailə təxminən 152 milyon dollarlıq bomba satışına razılıq verib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu