Ekspert Kent: ABŞ və İran 2025-ci ilin iyununda nüvə sazişinə yaxın olublar
Vaşinqton və Tehran 2025-ci ilin iyununda İranın nüvə proqramı üzrə razılığa gəlməyə çox yaxın olublar.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu fikri ABŞ Milli Kəşfiyyat Direktorunun aparatında terrorizmlə mübarizə mərkəzinin rəhbəri postundan İslam Respublikasına qarşı hərbi əməliyyatla razılaşmadığı üçün istefa verən Co Kent səsləndirib.
"Mənim şəxsi fikrimdir ki, 12 günlük müharibə ərəfəsində ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoff saziş bağlamağa çox yaxın idi. Bu, iranlıların uranın zənginləşdirilməsi məsələsində hər şeydən vaz keçəcəyi mənasına gəlmirdi, lakin onlar zənginləşdirmənin səviyyəsi və monitorinqin necə aparılacağı barədə danışmağa hazır idilər. Biz böyük tərəqqi əldə etmişdik", — deyə ekspert jurnalist Saaqar Encetiyə müsahibəsində bildirib.
Bununla yanaşı, o qeyd edib ki, ABŞ və İran nə vaxt irəliləyişə nail olurdularsa, İsrail "bir yığın ağlasığmaz kəşfiyyat məlumatı" təqdim edirdi: "Onlar səs-küy yaradaraq prezidenti qərar qəbul etmək imkanından məhrum etməyə çalışırdılar".
