ABŞ İranda əməliyyatın quru fazasına başlaya bilər - ekspert
Birləşmiş Ştatlar İrana qarşı hərbi əməliyyat çərçivəsində quru qoşunlarının tətbiqinə sürətlə keçid edə bilər.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu fikri martın 20-də ABŞ Milli Kəşfiyyat Direktorunun aparatında terrorizmlə mübarizə mərkəzinin rəhbəri postundan istefa vermiş Co Kent səsləndirib.
"Mən gizli hərbi planları bilmirəm, bilsəydim belə, onları açıqlaya bilməzdim. Lakin prezident Donald Tramp bütün variantların nəzərdən keçirildiyini bildirib", — deyə Kent qeyd edib. O, döyüş təcrübəsinə əsaslanaraq hər şeyin çox sürətlə dəyişə biləcəyini vurğulayıb: "Əgər hərbi imkanlar artıq bölgəyə cəlb olunubsa, onlardan çox vaxt istifadə edilir. Bu prosesin çox tez baş verməsi məni narahat edir".
