KİV: "Jamal" gəmisi blokadaya alınmış Hörmüz boğazından keçib
"Jamal" adlı gəmi martın 20-də İran tərəfindən blokadaya alınan Hörmüz boğazından keçməyə müvəffəq olub.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi gəmilərin izlənilməsi məlumatlarına əsasən xəbər yayıb. Ehtimal olunur ki, sözügedən gəmi 2025-ci ilin oktyabrında Hindistan sahillərində saya oturub.
Məlumata görə, "Jamal" gəmisi radarlarda ilk dəfə martın 13-də Oman körfəzində görünüb, lakin onun əvvəlki yeri məlum deyil. Az sonra radarlardan itən gəmi yalnız martın 20-də — artıq blokadanı keçdikdən sonra Fars körfəzində yenidən izləmə nişanlarını yandırıb. Agentlik vurğulayır ki, gəmi sonuncu dəfə İranın cənub-şərq sahillərində müşahidə edilib. Bildirilir ki, İran blokadasını yaran bu gəmi maye qaz daşıyan tanker kimi maskalanır.


