KİV: AK qaz anbarlarının doldurulma səviyyəsinə yenidən baxmağa çağırıb


Avropa İttifaqının (Aİ) energetika məsələləri üzrə komissarı Dan Yorqensen, Yaxın Şərqdəki münaqişə səbəbindən tədarükdə yaranan gərginliyi nəzərə alaraq, Aİ ölkələrini qaz anbarlarının hədəf doldurulma səviyyəsinə müvəqqəti olaraq yenidən baxmağa və çeviklik nümayiş etdirməyə çağırıb.

AFN.az xəbər verir ki, bu barədə Britaniyanın "Financial Times" nəşri komissarın məktubuna istinadən məlumat yayıb.

Məktubda qeyd olunur ki, bazar iştirakçılarının əminliyini təmin etmək üçün anbarların doldurulma göstəricisi mövcud tələbdən 10 faiz bəndi azaldılaraq 80%-ə endirilməlidir. Yorqensen yay sonunda yaşanacaq mümkün ajiotajdan qaçmaq üçün ehtiyatların toplanması prosesini tədricən başlatmağı və bu prosesi hazırkı qaydalardan bir ay gec — dekabrın 1-də başa çatdırmağı təklif edib. Onun sözlərinə görə, mövcud sərt tələblər enerji daşıyıcılarının qiymətlərinə əlavə artım təzyiqi göstərə bilər. Komissar həmçinin Qətərdə maye qaz (LNG) istehsalının böhrandan əvvəlki səviyyəyə qayıtmasının vaxt aparacağını etiraf edərək, Yaxın Şərqdəki hadisələrə qarşı "kollektiv reaksiya" verməyə səsləyib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu