KİV: Bağdadda İraq kəşfiyyatının qərargahına PUA zərbəsi endirilib


Bağdadda İraq kəşfiyyat xidmətinə məxsus binaya pilotsuz uçuş aparatı (PUA) ilə hücum edilib.

AFN.az xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalı İraqın təhlükəsizlik qüvvələrindəki mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, PUA Bağdadın qərbində, nüfuzlu Mənsur rayonunda yerləşən qərargahı hədəf alıb. Bundan əvvəl "Əl-Ərəbiyyə" telekanalı həmin rayonda yerləşən Mərakeşin İraqdakı səfirliyi yaxınlığına mərmi qalıqlarının düşdüyü barədə məlumat vermişdi.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu