İraqda İranpərəst qruplaşmaların qərargahına hava zərbələri endirilib


İraqın mərkəzi hissəsində İran tərəfindən dəstəklənən "Əl-Həşd əş-Şaabi" şiə qruplaşmasının qərargahı havadan hücuma məruz qalıb.

AFN.az xəbər verir ki, bu barədə "Ash-Sharq" telekanalı məlumat yayıb.

Bildirilir ki, İraqın Babil əyalətində, İranpərəst hərbiləşdirilmiş birləşmələrin qərargahının yerləşdiyi Curf əs-Səxr şəhəri yaxınlığında bir neçə güclü partlayış baş verib. Aviahücum nəticəsində ölən və ya yaralananlar barədə hələlik rəsmi məlumat verilmir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu