Entoni Albaneze: Yüksələn neft qiymətlərinə qarşı hər cür praktiki tədbir görmüşük



Avstraliyanın Baş naziri Entoni Albaneze ABŞ və İsrailin İrana qarşı başlatdığı və qarşılıqlı hücumlarla davam edən regional gərginlik səbəbindən yüksələn neft qiymətləri ilə bağlı hökumətinin hər cür praktiki tədbir gördüyünü bildirib.

AFN.az xəbər verir ki, "ABC News"un məlumatına görə, Albaneze qlobal neft qiymətlərindəki artımla bağlı açıqlamalar verib.

Yanacaq qiymətlərində endirimlə bağlı qəti öhdəlik götürməyən Albaneze hökumətinin xalqı qlobal qeyri-müəyyənliyin ən pis təsirlərindən qorumaq üçün lazım olan hər cür praktiki addımı atdığını vurğulayıb.

"BBC"nin xəbərinə görə isə Albaneze qiymətlərin yüksəlməsinə baxmayaraq, ölkənin yanacaq tədarükünün təhlükəsiz şəkildə davam etdiyini qeyd edib. "Bu müharibə nə qədər uzun sürərsə, təsiri bir o qədər böyük olacaq, lakin biz avstraliyalıları ən pis fəsadlardan qorumaq üçün hərəkətə keçməyə davam edirik" – deyə o əlavə edib.

Avstraliyanın Enerji naziri Kris Bouen də öz növbəsində yaxın bir neçə həftə ərzində ölkənin benzin, dizel və neft tədarükünün normal səviyyəyə yaxın olacağını diqqətə çatdırıb. Hökumət rəsmiləri beynəlxalq bazarlardakı dalğalanmaları yaxından izlədiklərini bildiriblər.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu