Avstraliya Suriyadakı Roj düşərgəsində saxlanan vətəndaşlarını qəbul etməyəcək


Avstraliya hökuməti Suriyadakı düşərgələrdə saxlanılan və İŞİD-lə əlaqədə şübhəli bilinən vətəndaşlarının repatriasiyasından imtina edib.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, Avstraliyanın baş naziri Entoni Albaneze bu şəxslərin vətənə qaytarılması üçün dövlət tərəfindən heç bir köməyin göstərilməyəcəyini qəti şəkildə bildirib. "Mənim anam deyərdi ki, necə yataq salmısansa, elə də yatmalısan. Bu insanlar İŞİD-i dəstəkləmək üçün xaricə gediblər və biz onlara yardım etməyəcəyik" - deyə o vurğulayıb.

Qeyd edək ki, Suriyanın şimal-şərqindəki Roj düşərgəsində 34 Avstraliya vətəndaşı (əsasən qadınlar və uşaqlar) saxlanılır. Fevralın 16-da kürd qüvvələri tərəfindən sərbəst buraxılan bu qrup Dəməşqə doğru yola çıxsa da, sonradan "texniki səbəblərdən" yenidən düşərgəyə qaytarılıb.

Hökumət rəsmiləri bəyan ediblər ki, əgər bu şəxslər öz imkanları ilə Avstraliyaya qayıda bilsələr, onları ölkə qanunvericiliyinin ən sərt cəzaları və məhkəmə prosesləri gözləyir. Hazırda Roj düşərgəsində 40-dan çox ölkənin vətəndaşı olan 2 minə yaxın insan saxlanılır və beynəlxalq hüquq müdafiəçiləri oradakı ağır şəraitlə bağlı xəbərdarlıq edirlər.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu