Zaxarova: NATO baş katibi "pis oyunda yaxşı sima" göstərməyə çalışır


Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova NATO-nun baş katibi Mark Rutteni "militarizasiya satan kommivoyajer"ə (səyyar satıcıya) bənzədib və onun "pis oyunda yaxşı sima" saxlamağa çalışdığını bildirib.

AFN.az TASS-a istinadən xəbər verir ki, diplomat keçirdiyi brifinqdə NATO-nun artan hərbi xərclərinə və alyansa üzv ölkələrdə iqtisadi vəziyyətin pisləşməsinə diqqət çəkib.

"Avropalıları bu çıxılmaz istiqamətə həm ABŞ, həm də şəxsən Mark Rutte daxil olmaqla NATO rəhbərliyi itələyir. Rutte bir səyyar satıcı kimi paytaxtları gəzir, militarizasiya mövzusunu satmaq, onu əsaslandırmaq və Qərbi Avropa ölkələrini uçuruma sürükləmək üçün dəridən-qabıqdan çıxır", — deyə Zaxarova qeyd edib.

Rusiya XİN rəsmisi həmçinin vurğulayıb ki, transatlantik münasibətlərin son illərin ən kəskin böhranını yaşadığı bir vaxtda baş katibin iddiaları inandırıcı görünmür: "Bu, Şimali Atlantika blokunda vəziyyətin Ruttenin təqdim etməyə çalışdığı kimi heç də parlaq olmadığını göstərir. O, sadəcə pis oyunda yaxşı sima göstərməyə çalışır".






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu