Konqoda azı 300 mülki şəxs üsyançılar tərəfindən qaçırılıb



Konqo Demokratik Respublikasının (KDR) şərqindəki İturi əyalətinin İrumu bölgəsində təşkil edilən hücumlarda azı 300 mülki şəxs üsyançılar tərəfindən qaçırılıb.

AFN.az xəbər verir ki, yerli mətbuatda yer alan məlumatlara görə, "Demokratik Alyans Qüvvələri" (ADF) adlı üsyançı qrupun üzvləri son günlər Mambasa-Komanda xəttində dinc sakinləri hədəf alan silsilə hücumlar həyata keçirib. Hücumlar zamanı Mabukulu, Masoli, Babunqve və Lomalisa kəndlərindən azı 300 nəfər ADF üzvləri tərəfindən girov götürülüb.

Təhlükəsizlik qüvvələrinin bölgədə qaçırılan mülki şəxsləri xilas etmək üçün əməliyyat hazırlığında olduğu bildirilir. Bölgədə gərginlik davam edir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu