Fransanın "Şarl de Qoll" aviadaşıyıcısı Kritdəki Suda bazasına gəlib



Fransa hərbi dəniz donanmasına məxsus "Şarl de Qoll" aviadaşıyıcısı Krit adasındakı Suda dəniz bazasına daxil olub.

AFN.az xəbər verir ki, Yunanıstan mətbuatında yer alan məlumatlara görə, gəmi səhər saatlarında bazanın K-14 körpüsünə yan alıb.

Aviadaşıyıcının təchizat ehtiyaclarını qarşılamaq məqsədilə aprelin 7-nə qədər burada qalacağı, daha sonra isə Şərqi Aralıq dənizinə doğru yol alacağı gözlənilir.

Qeyd edək ki, mart ayında ABŞ-ın "USS Gerald R. Ford" aviadaşıyıcısı da oxşar məqsədlərlə həmin bazaya gəlmişdi.

Hazırda bölgədə hərbi hərəkətliliyin artması beynəlxalq müşahidəçilərin diqqət mərkəzindədir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu