Küveytdə neft emalı zavoduna edilən PUA hücumu nəticəsində yanğın baş verib



Küveyt Neft Şirkəti (KPC) Əl-Əhmədi limanındakı neft emalı zavodunun bir çox əməliyyat bölməsində pilotsuz uçuş aparatının (PUA) hücumu nəticəsində yanğın çıxdığını açıqlayıb.

AFN.az xəbər verir ki, Küveytin rəsmi xəbər agentliyi KUNA-nın yaydığı məlumata görə, zavod sübh saatlarında hədəf alınıb.

Hücumdan dərhal sonra fövqəladə hallar və yanğınsöndürmə briqadaları müdaxilə planlarını işə salıb, yanğının nəzarət altına alınması və yayılmasının qarşısının alınması istiqamətində işlər davam etdirilir. Açıqlamada hadisə zamanı xəsarət alanın olmadığı, işçilərin təhlükəsizliyini təmin etmək və obyektləri qorumaq məqsədilə zəruri qabaqlayıcı tədbirlərin görüldüyü qeyd edilib.

Xatırladaq ki, Küveyt ordusu gecə boyu üç dəfə PUA və raket hücumlarına cavab verdiyini bəyan etmişdi.

Hazırda müəssisənin bəzi bölmələrində alovlanma müşahidə edilsə də, genişmiqyaslı təhlükəsizlik tədbirləri həyata keçirilir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu