Media: Britaniya esminesi vurulması barədə xəbərlərdən sonra təmirə gedib
Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Kiprdəki Britaniya aviabazasını qorumaq üçün Şərqi Aralıq dənizinə göndərilən "HMS Dragon" esminesinin Livanın şiə "Hizbullah" hərəkatı tərəfindən vurulduğu iddia edilir.
AFN.az "The Daily Mail"ə istinadən xəbər verir ki, gəmi bu iddialar fonunda təmir üçün limana daxil olub. Bu barədə Birləşmiş Krallığın Müdafiə Nazirliyi məlumat yayıb.
Nəşrin məlumatına görə, söhbət gəmidəki su təchizatı sistemi ilə bağlı texniki problemdən gedir. Eyni zamanda, Britaniya Müdafiə Nazirliyi gəminin atəşə tutulmasını birbaşa təsdiqləmir və onun daxil olduğu limanın adını açıqlamır.
"HMS Dragon" Şərqi Aralıq dənizində rutin logistik dayanacaq edir və qısamüddətli texniki xidmət keçir ki, bu da gəmiyə azuqə götürməyə və sistemləri optimallaşdırmağa imkan verəcək. "HMS Dragon" bu dövr ərzində çox yüksək döyüş hazırlığı vəziyyətində qalmağa davam edəcək. Gəmi zərurət yarandıqda qısa müddətdə yola düşməyə hazır olacaq", — deyə hərbi qurumun bəyanatında bildirilir.




