Meta yeni süni intellekt alətini təqdim etdi: Muse Spark



Meta şirkəti "Superintelligence Labs" tərəfindən hazırlanmış ilk model olan "Muse Spark"ı elan edib.

AFN.az xəbər verir ki, şirkətin sosial media platformalarında əvvəllər istifadə edilən "Llama" seriyasını əvəzləyəcək bu yeni model Meta AI təcrübəsinə təkmilləşdirilmiş məntiqi mühakimə qabiliyyəti və sürət qazandırır. Meta tərəfindən məqsədyönlü olaraq xarakterizə edilən "Muse Spark" xüsusilə yüngül, istifadəsi asan və istehlakçı mərkəzli quruluşa malikdir.

Şirkət modelin miqyaslanmasında elmi yanaşma izlədiyini və ilk versiyada kiçik, lakin sürətli dizayna üstünlük verdiyini açıqlayıb. "Facebook" və "Instagram" kimi platformalarda geniş istifadəyə veriləcək bu model istifadəçi seçiminə uyğun olaraq "Düşünmə" (Thinking) və "Anlıq" (Instant) rejimləri arasında keçid edə biləcək.

"Muse Spark"ın ən diqqətçəkən xüsusiyyətlərindən biri eyni anda birdən çox agentdən istifadə edə bilmək qabiliyyətidir. Meta-nın təqdim etdiyi nümunələrə görə, alt agentlər istifadəçinin müxtəlif ehtiyaclarını qarşılamaq üçün paralel şəkildə işləyə bilirlər. Bundan əlavə, modelin multimodal imkanları da genişləndirilib; sistem artıq yalnız yazılanları oxumur, həm də istifadəçinin baxdığı vizual elementləri görüb anlaya bilir.

Meta həmçinin bildirib ki, "Muse Spark" modeli yaxın gələcəkdə "Ray-Ban" və "Oakley" kimi markalarla əməkdaşlıq çərçivəsində hazırlanan süni intellekt dəstəkli ağıllı eynəklərdə də tətbiq olunacaq. Bu inteqrasiya sayəsində eynəklər istifadəçilərə ətraflarındakı dünyanı daha yaxşı mənalandırmağa kömək edəcek. "Superintelligence Labs" tərəfindən hazırlanan bu yeni texnologiya Meta-nın maşın öyrənməsi sahəsindəki strateji transformasiyasının ilk həlqəsi hesab olunur.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu