"Microsoft" Avstraliyada süni intellektin inkişafına 18 milyard dollar yatırır


ABŞ-ın "Microsoft" korporasiyası növbəti üç il ərzində Avstraliyada süni intellekt (Sİ) infrastrukturunun qurulmasına 25 milyard Avstraliya dolları (təxminən 18 milyard ABŞ dolları) həcmində sərmayə qoymağı planlaşdırır.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, sirkətin rəhbəri Satya Nadella bunun korporasiyanın ölkə tarixindəki ən böyük investisiyası olacağını bildirib.

Vəsaitlər superkompüterlərin gücünün artırılmasına, bulud infrastrukturunun genişləndirilməsinə və məlumat mərkəzlərinin (data-center) yaradılmasına yönəldiləcək. Layihə çərçivəsində 2028-ci ilə qədər 3 milyondan çox avstraliyalıya süni intellekt texnologiyaları ilə işləmək bacarıqları öyrədiləcək. İnvestisiyanın bir hissəsi isə Avstraliya Siqnal Müdirliyi (ASD) ilə tərəfdaşlıq çərçivəsində kiber-təhlükəsizliyin gücləndirilməsinə sərf olunacaq.

Baş nazir Entoni Albaneze bu addımın Avstraliya iqtisadiyyatında məhsuldarlığı artıracağını və yeni iş yerlərinin açılmasına şərait yaradacağını vurğulayıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu