Britaniya SEPAH-ı qadağan olunmuş təşkilatlar siyahısına salmağa hazırlaşır


Böyük Britaniya hökuməti İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qadağan olunmuş təşkilatlar siyahısına daxil edilməsinə imkan verən qanun layihəsini təqdim edəcək.

AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə Krallığın baş naziri Kir Starmer "The Jewish Chronicle" qəzetinə müsahibəsində bildirib.

"Zərərli dövlət aktorlarından və təşkilatların qadağan edilməsindən danışırıqsa, lazımi tədbirlərin görülməsi üçün bizə qanun lazımdır. Biz bu qanun layihəsini mümkün qədər tez təqdim edəcəyik. Bir neçə həftədən sonra parlamentin yeni sessiyası başlayacaq və biz sənədi müzakirəyə çıxaracağıq", — deyə Baş nazir vurğulayıb.

Xatırladaq ki, yanvarın 29-da Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Aİ ölkələrinin XİN rəhbərlərinin SEPAH-ın terror təşkilatı kimi tanınması istiqamətində həlledici addım atdıqlarını bəyan etmişdi.

Bu addım İranın "Cavab tədbirləri haqqında" qanununun 7-ci bəndini avtomatik işə salıb ki, buna əsasən Tehran da öz növbəsində Aİ dövlətlərinin silahlı qüvvələrini terror strukturları kimi tanıdığını elan edib.

Ekspertlər hesab edirlər ki, Londonun bu addımı İran ilə Qərb ölkələri arasındakı diplomatik və hərbi gərginliyi yeni mərhələyə daşıya bilər.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu