Boğazlara nəzarət iqtisadi nüvə silahı kimidir - ABŞ
Dövlət katibi Marko Rubio strateji dəniz boğazlarına nəzarətin iqtisadi baxımdan nüvə silahına bərabər gücdə olduğunu vurğulayıb.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, o, İran ətrafındakı vəziyyəti şərh edərkən bu nəzarətin qlobal iqtisadiyyat üçün həlledici rol oynadığını bildirib.
Aprelin 17-də İranın XİN rəhbəri Abbas Araqçinin Hörmüz boğazını ticarət gəmiləri üçün açdıqlarını elan etməsinə baxmayaraq, Trampın dəniz blokadasını davam etdirəcəyi barədə xəbərdarlığı gərginliyi yenidən artırıb. Buna cavab olaraq SEPAH boğazı tamamilə bağladıqlarını elan edib və gəmi sahiblərinə yalnız Tehranın tövsiyələrinə əməl etməyi tapşırıb.
Qeyd edək ki, dünya neft ixracının təxminən beşdə biri məhz Hörmüz boğazından keçir.
