Bombardman, yoxsa iqtisadi təzyiq? - Tramp tərəddüd içindədir
ABŞ prezidentinin müşavirləri Trampın hazırda iki seçim arasında qaldığını bildirirlər: ya İrana yeni zərbələr endirmək, ya da iqtisadi sanksiyaların Tehranı (xüsusilə nüvə proqramı məsələsində) güzəştə sövq edəcəyini gözləmək.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə mediaya danışan mənbələrdən biri Trampın hazırkı vəziyyətini "məyus olmuş realist" kimi xarakterizə edib: "O, güc tətbiq etmək istəmir, amma geri də çəkilməyəcək".
Məlumata görə, bazar ertəsi günü Tramp milli təhlükəsizlik komandası ilə İranın yeni danışıqlar raundu təklifini müzakirə etsə də, hələlik yekun qərar qəbul olunmayıb.
