İspaniyalı nazir Trampın təşəbbüsünü tənqid edib


İspaniyanın müdafiə naziri Marqarita Robles ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazına tətbiq etdiyi dəniz blokadasını sərt tənqid edib.

BFM telekanalının məlumatına görə, nazir bu addımın heç bir məntiqə sığmadığını bəyan edib.

"Mən hesab edirəm ki, bunun heç bir mənası yoxdur. Bu, sadəcə bizi sürüklədikləri bütün bu xaosun növbəti bir epizodudur", — deyə Robles vurğulayıb.

Qeyd edək ki, ABŞ-ın Hörmüz boğazındakı blokada qərarı beynəlxalq aləmdə, xüsusilə Avropa müttəfiqləri arasında ciddi narazılıq doğurmaqda davam edir. Bu bəyanat İspaniyanın Vaşinqtonun İrana qarşı yürütdüyü hərbi-iqtisadi təzyiq siyasətinə olan skeptik münasibətini bir daha təsdiqləyir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu