Hillari Klinton: ABŞ İranla danışıqlarda çox zəif mövqedədir


ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton "Fox News" telekanalına müsahibəsində bildirib ki, hazırda Birləşmiş Ştatlar İranla danışıqlarda çox zəif mövqedədir.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, o, ölkəsinin nüvə məsələsində əvvəllər sahib olduğu təsir rıçaqlarını və təşəbbüsü itirməsindən narahatlığını ifadə edib. Klinton qeyd edib ki, ABŞ bu prosesə "təmiz vərəqdən" başlamalı və danışıqlara nüvə silahı sahəsində həqiqi mütəxəssisləri cəlb etməlidir.

Klinton ötən ilin iyununda Trampın İranın nüvə obyektlərini bombalamasını məhdud və strateji addım kimi dəstəklədiyini, lakin sonradan həyata keçirilən sistemsiz hücumlara qarşı olduğunu vurğulayıb. O həmçinin şəxsi təcrübəsinə əsaslanaraq bildirib ki, İsrailin Baş naziri Benyamin Netanyahu əvvəllər də Amerika prezidentlərini İranla sonu görünməyən müharibəyə razı salmağa çalışıb, lakin o, real nəticəsi olmayan belə qeyri-müəyyən planlarla razılaşmaqdan imtina edib. Klintonun fikrincə, ABŞ-a indi "düzgün adamlarla" aparılan sərt danışıqlar lazımdır.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu