ABŞ İrandan uranın zənginləşdirilməsini 20 il müddətinə dondurmağı tələb edib


İslamabadda keçirilən danışıqlar zamanı ABŞ İrana uranın zənginləşdirilməsinə 20 illik moratorium qoyulmasını təklif edib.

"Axios" portalının amerikalı rəsmi şəxsə və mənbələrə istinadən verdiyi məlumata görə, İran tərəfi buna cavab olaraq daha qısa — "tək rəqəmli" (10 ildən az) bir müddət təklif edib.

Mənbələr bildirir ki, Tehranın uranı zənginləşdirməkdən imtina edib-etməyəcəyi və mövcud ehtiyatlardan daşınması məsələsində yaranan fikir ayrılığı sövdələşmənin bağlanmasına mane olan əsas maneəyə çevrilib.

Hazırda Pakistan, Misir və Türkiyə vasitəçiləri aprelin 21-də başa çatacaq atəşkəs müddətinə qədər müharibənin dayandırılması üçün bu ixtilafları aradan qaldırmağa çalışırlar.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu