Merts ABŞ və İsrailin İranla bağlı addımlarından narazıdır
Almaniya Kansleri Fridrix Merts ABŞ və İsrailin İrana qarşı yürütdüyü siyasətdən məyus olduğunu bildirib.
DPA agentliyinin məlumatına görə, Berlində keçirilən qapalı partiya iclasında çıxış edən kansler, münaqişənin ABŞ və İsrailin planlaşdırdığı kimi bir neçə gün ərzində həll olunmamasından narahatlığını ifadə edib.
Merts vurğulayıb ki, Avropa bu böhranın həlli üçün öz diplomatik səylərini göstərmək niyyətindədir: "Biz ABŞ ilə sıx koordinasiyada hərəkət edirik, lakin bu münaqişənin nizamlanması ilə bağlı öz Avropa baxışlarımıza sahib olduğumuzu da bəyan edirik".
Kansler daha əvvəl də ABŞ-ın konkret strategiyasının olmadığını qeyd edərək Vaşinqtonu kəskin tənqid etmişdi. O, böhranın uzanmasının Avropanın təhlükəsizliyi və iqtisadiyyatı üçün fəsadlar törədə biləcəyindən ehtiyat edir.
