ABŞ Almaniyada "Tomahawk" raketlərini yerləşdirməkdən imtina edə bilər


ABŞ rəhbərliyi Almaniyada "Tomahawk" raketləri də daxil olmaqla uzaqmənzilli silahların yerləşdirilməsi qərarını ləğv etməyi planlaşdırır.

AFN.az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb. Ekspertlər hesab edir ki, bu addım hərbi kontingentin azaldılmasından daha ciddi problemdir. Çünki Almaniyanın uzaqmənzilli raketlər sahəsində böyük boşluğu var və bu qərar ABŞ-ın NATO müttəfiqlərini müdafiə etmək istəyini şübhə altına qoyur.

Bu raketlərin yerləşdirilməsi barədə razılıq Co Bayden dövründə əldə olunmuşdu və prosesin 2027-ci ilə qədər başa çatması nəzərdə tutulurdu. Lakin Donald Tramp ilə Almaniya Kansleri Fridrix Merts arasındakı fikir ayrılıqları vəziyyəti dəyişib.

Tramp Almaniyanı ABŞ-ın İrana qarşı siyasətini tənqid etməkdə ittiham edərək hərbçilərin bir hissəsini ölkədən çıxaracağını artıq bəyan edib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu