ABŞ Kiyevə 20-50 “Tomahawk” verə bilər
ABŞ Ukraynaya 20-dən 50-dək “Tomahawk” raketi verə bilər, lakin bu rəqəm strateji fərq yaratmaq üçün kifayət etməyəcək.
AFN.az "Financial Times"a istinadən xəbər verir ki, bu fikri Yeni Amerika Təhlükəsizliyi Mərkəzinin (CNAS) müdafiə tədqiqatları proqramının direktoru Steysi Pettyjon bölüşüb.
“Vaşinqton Ukraynaya təqribən 20-50 “Tomahawk” verə bilər ki, bu da münaqişənin dinamikasını əhəmiyyətli dərəcədə dəyişməyəcək”, - deyə ekspert təklif edib.
Oktyabrın 6-da ABŞ prezidenti Donald Tramp “Tomahawk” raketlərinin Ukrayna tərəfinə təhvil verilməsi ehtimalı ilə bağlı faktiki qərar qəbul etdiyini açıqlayıb, lakin bu qərarın nədən ibarət olduğunu açıqlamayıb.

